"Sloveniyada yaxşı hazırlıq keçdik. Komanda düzgün yoldadır. Düşünürəm ki, "Qarabağ"la ilk oyunda var gücümüzü ortaya qoyacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Bruno Telyuşi yerli mətbuata müsahibəsində deyib. Komandasının Sloveniyadakı hazırlıq prosesini dəyərləndirən albaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Tiranada "Qarabağ"la keçirəcəkləri oyun haqda da danışıb. 28 yaşlı oyunçu yeni transferlərin Azərbaycan təmsilçisi ilə görüşdə onlara kömək edəcəyinə inandığını bildirib:
"Bu yay komandanı bir çox futbolçu tərk etdi. Amma yeniləri də gəldi. Ümid edirəm ki, onlar bura komanda üçün ən yaxşısını etməyə gəliblər. İnanıram ki, sabahkı matçda bizə kömək edəcəklər".
Telyuşi "Qarabağ"la oyun öncəsi öz azarkeşlərinə də səslənib: "İstərdim ki, mövsüm ərzində göstərdikləri dəstəyi sabah da bizdən əsirgəməsinlər. Möhtəşəm azarkeşlərimiz var. Daim stadiona gəlir və bizi dəstəkləyirlər. Biz də onları öz oyunumuzla sevindirməyə çalışacağıq".
Qeyd edək ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"
“Qarabağ” - “Çelsi” oyununun - Heyətləri
Con Makqinn ilə müqavilə uzadıldı
Tayron Minqs yenidən ağır zədələndi
"Sabah"ın U-19 komandası “Nant”a uduzdu
Dominik Soboslay "Liverpul"un yeni ulduzunu təriflədi
Levandovski gələcək planları barədə danışdı
Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək
Mingəçevirdə vurulan 5 qol - Video
Anri Vinisiusu tənqid etdi
De Rossi A seriyası klubunu çalışdıracaq
“Qarabağ”ın U-19 komandası "Çelsi"yə uduzdu
1-ci liqada liderlərin günü
"Milan" və "İnter" "San Siro"nu aldılar - Rəsmi
Spaletti: "Xarakterli olduğumuzu göstərdik"
"Liverpul"a məğlubiyyəti qəbul etmək çətindir"
Arteta: "Məni sevindirən rekord deyil"
Azərbaycan derbisindəki avtoqollar
"Kamp Nou"da vərəm yayılması ilə bağlı araşdırma başlandı
Yamalın atası özündən 16 yaş kiçik qadınla evlənir - Şəkil
"Çelsi"dən Kenan Yıldız üçün böyük təklif