Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itkilərlə üzləşib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, kapitan Rəşad Sadıqov dizindən zədələnib. Təcrübəli müdafiəçi 5 gündür ümumi məşqlərdə iştirak etmir.
Onun ilkin müayinədən sonra əməliyyata ehtiyacı olmadığı bildirilsə də, konkret hansı müddətə sıradan çıxdığı məlum deyil. Ancaq Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə keçiriləcək ilk oyuna çıxacağı istisna deyil.
Bundan başqa, bu gün “Viktoriya” ilə yoxlama oyununda digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə alıb. Arxa əzələsi dartılan futbolçu sabah tibbi müayiənədən keçəcək. O da “Partizani” ilə ilk oyunu buraxa bilər.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi
"Liverpul"la oyunu buraxacaqlar
"Roma" Dibalanı itirdi
Tovuz stadionunda işlər yekunlaşır - Video
“Qəbələ”nin futbolçusu dünya çempionatında