"Keşlə"nin sabiq baş məşqçisi Albaniya klubunda

"Keşlə"nin sabiq baş məşqçisi Albaniya klubunda
XƏBƏR 30 İyun 2019 / 14:38 3161
-  A +

"Keşlə"nin sabiq baş məşqçisi Mladen Milinkoviç yenidən Albaniyada işləyə bilər.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, serbiyalı mütəxəssis "Lüftetari" klubunun sükanı arxasına keçir. Klub rəhbərliyi ilə görüşən çalışdırıcı ilə ilkin razılıq əldə olunub. Təyinatın yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, ötən mövsümün ilk yarışında "Keşlə"də işləyən Milinkoviç daha əvvəl də (2016-2017) "Lüftetari"ni çalışdırıb.

Son xəbərlər