Belaruslu yarımmüdafiəçi Aleksandr Qleb "Barselona"dakı karyerasını xatırlayıb.
Qol.az xəbər verir ki, 38 yaşlı futbolçu ölkəsində yayımlanan "VOKA TV"yə müsahibəsində maraqlı fikirlər səsləndirib. Anri ilə eyni evdə yaşamasından danışan Qleb Deku və Ronaldinyonun məşqə sərxoş vəziyyətdə gəldiklərini bildirib:
"Barsa"ya keçəndə bir müddət Anri ilə eyni evdə yaşadım. Mənə deyirdi ki, bir yer tapana qədər burada qal. Oteldə nə var? Ora darıxdırıcıdır. Hardasa bir ay onun yanında qaldım.
Həmişə mənə söyləyirdi ki, "Barselona"ya niyə gəlmisən. Zəng vurardın, özüm hər şeyi sənə başa salardım.
Açığı, mən əvvəlcə "Barselona"ya getmək istəmirdim. Həqiqətən! Bu, daxildən gələn bir hiss idi. "Bavariya"ya getmək və ya "Arsenal"da qalmaq istəyirdim. Ancaq menecerlər imkan vermədilər. Hələ Qvardiola da zəng vurdu.
"Arsenal"da Anri ilə bu cür danışırdıq: "salam-sağ ol". O da "Barselona"ya keçməyinə məyus olmuşdu. "Arsenal"dan sonra hər şey fərqli idi.
Ronaldinyo və Deku məşqlərə içkili gəlirdi. Sizcə, onları 2008-ci ildə niyə satdılar? Çünki Messini də yoldan çıxaracaqlarından qorxdular".
Qeyd edək ki, Qleb 2008-2011-ci illərdə "Barselona"da çıxış edib. O, ötən mövsümü isə BATE-də keçirib.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir