"Roma"nın idman direktoru Françesko Totti paytaxt klubundan ayrılıb.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, əfsanəvi futbolçu istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, gedişinin səbəbini klubun amerikalı sahibləri ilə əlaqələndirib:
"8 ildir, amerikalı iş adamları kluba gəldiyi gündən bəri əfsanələri "Roma"dan ayırırlar. Nə istəyirlərsə, onu da edirlər. Futbolu onlara görə atdığımı hamı bilir. 6 illik müqavilə imzaladım, amma işin içinə girəndə hər şeyin fərqli olduğunu gördüm.
Ayrılıq qərarımın bir çox səbəbi var. Heç vaxt təşkilati işlərə daxil olmağıma icazə vermədilər. 2 ildir bu vəzifədəyəm, cəmi 10 iclasa dəvət ediblər. Həmişə son məqamda mənə xəbər veriblər. Məni hər zaman görülən işlərdən kənarda saxlamağa çalışırdılar".
Totti yalnız klub rəhbərliyi dəyişəcəyi təqdirdə "Roma"ya qayıda biləcəyini söyləyib: "Romalılara qarşı heç vaxt səhv etmərəm. Bu gediş komandadan futbolçu kimi ayrılmaqdan daha çətindir. "Roma"dan ayrılmaq ölmək kimidir. Bəlkə də ölsəydim, özümü daha yaxşı hiss edərdim".
Qeyd edək ki, yalnız "Roma"nın formasını geyinən "Qladiator" ləqəbli veteran hücumçu 2017-ci ilin yayında 24 illik futbolçu karyerasını başa vurmuşdu.
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"
“Qarabağ” - “Çelsi” oyununun - Heyətləri
Con Makqinn ilə müqavilə uzadıldı
Tayron Minqs yenidən ağır zədələndi
"Sabah"ın U-19 komandası “Nant”a uduzdu
Dominik Soboslay "Liverpul"un yeni ulduzunu təriflədi
Levandovski gələcək planları barədə danışdı
Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək
Mingəçevirdə vurulan 5 qol - Video
Anri Vinisiusu tənqid etdi
De Rossi A seriyası klubunu çalışdıracaq
“Qarabağ”ın U-19 komandası "Çelsi"yə uduzdu
1-ci liqada liderlərin günü
"Milan" və "İnter" "San Siro"nu aldılar - Rəsmi
Spaletti: "Xarakterli olduğumuzu göstərdik"
"Liverpul"a məğlubiyyəti qəbul etmək çətindir"
Arteta: "Məni sevindirən rekord deyil"
Azərbaycan derbisindəki avtoqollar
"Kamp Nou"da vərəm yayılması ilə bağlı araşdırma başlandı
Yamalın atası özündən 16 yaş kiçik qadınla evlənir - Şəkil
"Çelsi"dən Kenan Yıldız üçün böyük təklif
"Alonso istəsəydi, Virtz "Real"a keçəcəkdi"
"Qarabağ" azarkeşlərinə müraciət etdi
Trent Aleksander-Arnoldu fitə basdılar - Video
Ronaldo: "Tezliklə karyeramı başa vuracağam"
“CBC Sport” Ertem Şenerlə anlaşdı - Oyunu o da şərh edəcək
Enrike: "Qələbəni "Bavariya"ya hədiyyə etdik"
Rusiya millisi ev oyunlarını Azərbaycanda keçirə bilər
"İlk məqsədimiz yarımfinala yüksəlməkdir" - Millimizin üzvü
Tarixdə "Real"ı ən çox məyus edən onlardır
Haaland "Borussiya"da oynadığı dövrü xatırladı
Bellinqem bunu bacaran ən gənc futbolçudur
Azərbaycan derbisinə doğru: Qollar
PSJ Dembeleni itirdi
15 yaşında Çempionlar Liqasında rekord qırdı
Kimmix ÇL-də 100-ə çatdı
Ronaldo oğluna sərvət dəyərində avtomobil aldı - Şəkil
Qurban Qurbanov BBC-yə danışdı