"Hamımız çox sevinirik. Finalda ardıcıl ikinci dəfə oynamaqdan və 90 dəqiqə meydada qalmaqdan məmnunam. Bu gün hər kəs əlindən gələnin ən yaxşısını etdi. Fərdi olaraq heç bir oyunçu önə çıxmadı, amma komanda şəklində möhtəşəm idik".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Misirli hücumçu VAR sayəsində penalti qazanmalarına da münasibət bildirib: "Növbəti mövsüm VAR-ı İngiltərə Premyer Liqasında da görəcəyik. Amma indidən bunu çox bəyəndiyimi söyləyə bilərəm".
O, ÇL-in kubokunu qazandığı üçün inanılmaz hisslər keçirdiyini vurğulayıb: "Bu uğuru birlikdə bacardıq. Komanda şəkində vuruşduq və yekunda zəfərə nail olduq. Çox özəl bir andır. Bunu heç vaxt unutmayacağam".
Salah bu yerlərə gəlmək üçün çox fədakarlıq etdiyini söyləyib: "Əvvəlcə kənddən Qahirəyə getdim. Sonra isə yüksək səviyyədə çıxış edən misirli oyunçu oldum. Bu, mənim üçün inanılmazdır".
"Zirə" “Qəbələ”ni belə məğlub etdi - Video
Bundesliqa tarixində yeni rekorda imza atdı
Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır
“Barselona”dan doğma meydanda darmadağın
Karyerasında 400-cü qolunu vurdu
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“Şəfa” - “Difai” ilə heç-heçəyə razılaşdı
"Mən zəif çıxış etdiyimizi düşünmürəm" - Elmar Baxşıyev
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
“Fənərbaxça”da itkilər var
"Zirə" - "Qəbələ": Heyətlər
Misli Premyer Liqasında azarkeş rekordları
Ölümlə hədələndiyi üçün it aldı
UEFA "Ayntraxt"ı cərimələdi
Ardıcıl 3-cü dəfə Çin çempionu oldular