2019-20 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Klubdan Qol.az-a bəlli olub ki, Ağdam təmsilçisi təsnifat mərhələlərində irəliləyəcəyi təqdirdə bütün rəqiblərini bu arenada qəbul etmək niyyətindədir. Amma Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinə yüksəlsə, bu halda ev oyununu Bakıdakı başqa bir arenada qəbul etmək məcburiyyətində qalacaq.
Məsələ burasındadır ki, həmin mərhələnin ilk görüşləri 22-23, cavab görüşləri 29-30 iyulda olacaq. Bu müddətdə, daha dəqiqi 20-28 iyul tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı təşkil ediləcək ki, festival çərçivəsində də bir neçə yarış məhz Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Turnirlər üst-üstə düşdüyündən, hətta cavab görüşü Bakıda olsa belə, “Qarabağ” təkrar matça texniki olaraq hazırlığı yekunlaşdıra bilməyəcək. Bu səbəbdən komanda ikinci mərhələnin Bakıdakı görüşünü başqa bir stadionda keçirməli olacaq.
Əldə etdiyimiz xəbərə görə, klub ikinci mərhələnin oyunu üçün UEFA-ya Mərdəkandakı “Dalğa Arena”nı sifariş etməyi düşünür. Digər kiçik ehtimal kimi “Azersun Arena” da var. Lakin arenanın ot örtüyündə müəyyən problemlər olduğundan hazırkı durumda ən real variant kimi “Dalğa Arena” görünür. Hazırda bu yöndə klub işlər aparır.
Ağdam klubu avrokuboklarda ikinci mərhələnin ev oyununu əzəli rəqibi “Neftçi”nin meydançası “Bakcell Arena”da keçirməyi isə düşünmür.
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı
Arda Güler "Real"ın ən yaxşı futbolçusu seçildi
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Danışıqlar dalana dirənib