"Neftçi" və "Səbail" üçün 34 potensial rəqib

"Neftçi" və "Səbail" üçün 34 potensial rəqib
ÖLKƏ FUTBOLU 27 May 2019 / 13:16 3828
-  A +

Yeni mövsümdə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək və mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq "Neftçi" və "Səbail"in potensial rəqiblərinin sayı artıb.
 
Qol.az xəbər verir ki, ötən həftə sonu keçirilən matçlardan sonra təmilçilərimizin daha 7 mümkün rəqibi müəyyənləşib. Burda ümumilikdə 36 komandanın adı dəqiq olsa da, onlardan ikisi Ermənistan təmsilçisi olduğu və məlum səbəblərdən bu ölkənin komandaları ilə Azərbaycan klubları qarşılaşmadığı üçün potensial rəqib sayı da 34-dür.

Səpələnmişlər səbətində yer alacaq təmsilçilərimiz səpələnməmişlərdən biri ilə üz-üzə gələcək.

"Neftçi" və "Səbail"in mümkün rəqibləri

“Universitatea Krayova” (Rumıniya), “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torsxavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Mura” (Sloveniya), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Sperantsa” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltzan”, “Hibernians” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnaxs Kuey” (Uels), “Banants”, “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qörçe Petrov” (Makedoniya), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Zeta” (Çernoqoriya)

Ölkəmizin Avropa Liqasındakı digər təmsilçisi "Qəbələ" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
 
Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda