Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Əfqan Talıbovla birlikdə Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bu barədə Qol.az-a N. Süleymanov özü məlumat verib. Onun sözlərinə görə, Gəncə futbolunun tanınmış nümayəndələri – Vidadi Rzayev, Tofiq Məmmədov, Fazil Pərvərov, Rövşən Əhmədov, Cavid Əhmədov, Firuz Qulami, Xaliq Qafarov, Həsən Abdullayevin iştirak etdiyi görüşdə təşkilatın fəaliyyət prinsipləri barədə məlumat verilib:
"Azərbaycan futbolunda böyük xidmətləri olan bu şəxslərin fikir və təkliflərini öyrənmək bizim üçün olduqca vacib idi. Təşkilatın əsas məqsədi Azərbaycan futbolunun inkişafına xidmət etmək, hüququ pozulan hər bir futbol adamının yanında olmaqdır. Bu şəxslərin fikirləri təşkilatın strukturunun qurulması, iş fəaliyyətinin formalaşması yönündə bizim üçün dəyərli məqamlardır. Sözsüz, onların hər birinin təklif və iradları nəzərə alınacaq".
Nazim Süleymanov belə görüşlərin Azərbaycanın bütün regionlarında təşkil ediləcəyini bildirib: "Çalışacağıq ki, Azərbaycan futbolunda xidmətləri olan, bu sahəyə aid olan hər bir şəxsin fikrini alaq, təklifini dinləyək. Bizim təşkilata üzvlük könüllülük əsasındadır. Heç kimi bura məcbur üzv qəbul edə bilmərik. Ancaq məqsədimiz odur ki, təşkilatımıza üzv olmayanların da yanında olaq, hüquqları pozulacağı təqdirdə, onların da müdafiəsində dura bilək. Azərbaycan futbol ictimaiyyətinin müzakirələr aparmaq, təklif və iradlarını bildirmək, futbolun inkişafına töhfə vermək üçün hansısa bir birliyə, təşkilata ehtiyacı var".
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"