"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq
DÜNYA FUTBOLU 21 May 2019 / 10:57 1605
-  A +

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün ölkəmizə gətirib-gətirməyəcəyi bu gün bəlli olacaq.

Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu günün sonuna kimi yekun qərarını açıqlayacaq.

Sözügedən nəşr bir neçə gün öncə 30 yaşlı yarımmüdafiəçinin təhlükəsilzik səbəbindən Bakıya gətirilməyəcəyini yazmışdı.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, mayın 29-da "Arsenal" və "Çelsi" komandaları arasında olacaq final matçı yerli vaxtla 23:00-da başlayacaq.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi