"Mançester Siti"nin kapitanı Vensan Kompani komandanı tərk edir.
Qol.az-ın xəbərinə görə, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. İngiltərə kubokubunun "Uotford"la dünən keçirilən oyunu (6:0) belçikalı müdafiəçinin Mançester təmsilçisində sonuncu matçı olub.
Qeyd edək ki, 2008-ci ildən "Mançester Siti"nin formasını geyinən Kompani 4 dəfə İngiltərə çempionu, 2 dəfə İngiltərə kuboku, 4 dəfə Liqa kuboku, 2 dəfə isə İngiltərə Superkubokunun qalibi olub. 2011-ci ildən kapitanlıq sarğısını daşıyan 33 yaşlı futbolçu "Siti"də ümumilikdə 360 oyun keçirib və 20 qol vurub.
Ronaldo, Messi, Ramos...
Xabi "yeni Kroos" tapdı
Konte şikayətləndi
"Döyüşkən komandaya qarşı oynadıq" - Valdas Dambrauskas
"Sabah" "Qəbələ"ni belə məğlub etdi - Video