Daha bir futbolçu "Atletiko"dan gedir

Daha bir futbolçu "Atletiko"dan gedir
DÜNYA FUTBOLU 14 May 2019 / 15:12 2831
-  A +

Xuanfran bu mövsümün sonu "Atletiko"dan ayrılacaq.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin yeni müqavilə təklifini müsbət cavablandırmayıb. O, "Atletiko"nu tərk edəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Dieqo Qodin İspaniya klubundan ayrılacağını açıqlamışdı.

Xatırladaq ki, Xuanfran 2011-ci ildə "Osasuna"dan "Atletiko"ya transfer olunub.


Son xəbərlər