"Bakıda qalib gəlsək, möhtəşəm mövsüm olar" - Sarri

"Bakıda qalib gəlsək, möhtəşəm mövsüm olar" -  Sarri
ÖLKƏ FUTBOLU 13 May 2019 / 13:00 2190
-  A +

"Bizim üçün yaxşı mövsüm oldu. İki-üç ay əvvəl problemlə üzləşmişdik. Ancaq mövsümü 3-cü pillədə başa vurmaq yaxşı nəticədir".

Qol.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Britaniyanın "Metro" nəşrinə açıqlamasında deyib.

İtaliyalı mütəxəssis geridə qalan mövsümü dəyərləndirərkən qarşıda daha bir hədəflərinin olduğunu qeyd edib: "Bakıdakı finalda qələbə qazansaq, həqiqətən bizim üçün möhtəşəm mövsüm olar. "Çelsi"nin tək istəyi Avropa Liqasının qalibi olmaqdır. Bunun asan olmayacağını bilirik".

Xatırladaq ki, mayın 29-da Bakı Olpiya Stadionunda keçiriləcək Avroliqanın finalında "Çelsi" "Arseanal"la qarşılaşacaq.

Daha çox


Son xəbərlər