Dövlət məmurunu döyən futbolçulara hökm oxundu

Dövlət məmurunu döyən futbolçulara hökm oxundu
DÜNYA FUTBOLU 8 May 2019 / 18:46 4465
-  A +

"Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Moskvanın Presnenski məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorinin 1 il 6 ay, Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Hadisənin digər iştirakçıları olan Aleksandrın qardaşı Kirill Kokorin 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 5 ay müddətinə cəzalandırılıb.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır