"Borussiya"ya növbəti zərbə

"Borussiya"ya növbəti zərbə
DÜNYA FUTBOLU 4 May 2019 / 22:50 3566
-  A +

Almaniya Bundesliqasında 32-ci turun daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, günün son matçında "Borussiya" səfərdə "Verder"in qonağı olub. İlk hissəni 2:0 hesabı ilə öz xeyirinə başa vuran Dortmund təmsilçisi ikinci yarıda üstünlüyünü əldən verib. Nəticədə qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.


4 may

"Verder" - "Borussiya" (Dortmund) - 2:2
Qollar:
K. Pulişiç, 6 (0:1), P. Alkaser, 41 (0:2), K. Mohvald, 70 (1:2), K. Pizzarro, 75 (2:2)


Qeyd edək ki, Bremende 2 vacib xal itirən "Borussiya" çempionluq yarışında ciddi zərbə alıb. Dortmundlular sona 2 tur qalmış 74 xalla zirvədə yer alan "Bavariya"dan artıq 4 xal geri qalır. "Verder" isə 47 xalla 9-cu sırada qərarlaşıb.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"