"Qəbələ"nin futbolçusu haqda növbəti iddia - "Reyncers"

"Qəbələ"nin futbolçusu haqda növbəti iddia -  "Reyncers"
ÖLKƏ FUTBOLU 26 Aprel 2019 / 11:55 3808
-  A +

"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadənin Şotlandiyada daha bir klubun maraq dairəsinə düşməsi haqda xəbər yayılıb. 

Qol.az-ın məlumatına görə, bu barədə Şotlandiya mətbuatı iddia irəli sürüb. "Rangersnews.uk" saytı  millimizin üzvü ilə "Seltik"lə yanaşı, əzəli rəqibi "Reyncers"in də maraqlandığını yazıb.

"Liverpul"un canlı əfsanəsi Stiven Cerardın çalışdırdığı Qlazko təmsilçisinin futbolçunun keçidində "Qəbələ"nin sabiq futbolçusu Endi Hallideyin köməyindən istifadə edəcəyi bildirilir.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 23 yaşlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda