Azərbaycan U-16 millisinin baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Tacikistan yığmasına qarşı keçirilən ilk oyunla (1:0) bağlı fikirlərini bildirib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib: “Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. Bildiyiniz kimi, 27 Sentyabr - Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik”.
Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib: “Oyuna çox ciddi hazırlaşmışdıq. Yarışın bizim üçün nə qədər önəmli olduğunu bilirik. Bu gün turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Bizim isə zədə səbəbindən heyətlə bağlı problemlərimiz var idi. Buna baxmayaraq, komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Futbolçularımız xarakter nümayiş etdirdilər. Turnirə qələbə ilə başlamaq önəmli idi. Komandamı, azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm”.
O, A qrupu çərçivəsində oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini vurğulayıb: “Növbəti görüşə qədər üç gün vaxtımız var. Qırğızıstanla qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz finala yüksəlmək və çempion olmaqdır. Buna gücümüz çatar. Sadəcə olaraq, qarşıdakı matçlarda daha diqqətli çıxış etməliyik. Məsələn, bu gün 4-5 yüz faizlik qol şansını əldən verdik. Son zərbələrdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı
Dünya çempionatlarının tarixinə düşdü
Belçika Misirlə heç-heçə etdi
İspaniya Kabo-Verde ilə bacarmadı - Video
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
"Kristal Pelas"da yeni baş məşqçi