Bir qrup valideyn AFFA-nın bayrağı altında keçirilən uşaq futbol liqalarında yarışan "İnter" Uşaq İdman Klubundan şikayətçidir.
Həmin klubun üzvü olan 2012-ci il təvəllüdlü 9 futbolçunun valideyni QOL.az saytına müraciət edib. Müraciətdə qeyd edilir ki, övladları 1 aydan çoxdur "Fireland" Futbol klubunda məşq etsələr də, əvvəlki klubları "İnter" onların başqa komandaya transferinin gerçəkləşməsinə imkan vermir, bu haqda AFFA-ya ünvanlanan müraciət isə cavabsız qalıb.
"Biz valideynlər “İnter” Uşaq Futbol Klubunun rəhbəri Anar Bəkirovun övladlarımıza qarşı ədalətsiz münasibətindən, onların peşəkar futbolçu kimi yetişməsinə süni şəkildə maneə yaratmasından şikayətçiyik" - deyə şikayət müraciətdində bildirilir. Məktubda həmçinin bunlar qeyd edilir:
"Məlumat üçün bildiririk ki, ötən mövsüm adları yuxarıda qeyd olunan övladlarımız “İnter” uşaq futbol klubunda ödənişli əsaslarla məşğul olublar. Nəzərinizə çatdırırıq ki, həftədə 3 dəfə təşkil olunan məşqlər üçün aylıq hər birimiz kluba 70 manat pul ödəmişik. Uşaqlar üçün formaları, hətta çempionatda iştirak üçün tikilmiş geyimləri öz maliyyə vəsaitimizlə əldə etmişik. Klub övladlarımız üçün hansısa yoldaşlıq görüşləri təşkil etsə də, bu səfərlərin bütün vəsaiti tərəfimizdən maliyyələşib.
Klubla hər bir valideyn arasında imzalanan müqavilə uşaqların keçən ilki ölkə çempionatında klubu təmsil etmək üçün AFFA tərəfindən tələb olunan sənəd kimi tərəfimizdən imzalanıb. Övladlarımız iyul ayından etibarən “İnter” uşaq futbol klubunda məşğul olmurlar. Hazırda “Fireland” futbol klubunun üzvüdürlər. Klub növbəti respublika çempionatında iştirak etmək üçün AFFA-nın elektron sistemində qeydiyyatdan keçməli və övladlarımız “İnter” uşaq futbol klubundan “Fireland” futbol klubuna transfer olunmalıdırlar. “Fireland” futbol klubundan transferlə bağlı “İnter” klubuna sorğu göndərilsə də, klubun rəhbəri Anar Bəkirov süni şəkildə uşaqların transferinə maneçilik törədir. Valideynlərdən və klubdan uşaqların transferi üçün təzminat tələb edən Anar Bəkirov övladlarımızın peşəkar futbolçu kimi yetişməsinə və inkişafına haqsız olaraq müdaxilə edir".
Məktubda valideynlər həmçinin bildirib ki, avqust ayının ortalarından AFFA-ya rəsmi müraciət ünvanlasalar da, uşaqlarının problemi hələ də həll olunmayıb.
Bəs, "İnter" klubu nə deyir?
QOL.az saytı valideynlərin bu iddiası ilə əlaqədar əks tərəfin - "İnter" Uşaq Futbol Klubunun rəhbəri Anar Bəkirovun da münasibətini öyrənib. O deyib: “Bizim yetişdirdiyimiz uşaqlar başqa kluba gedəndə nə etməli idik? O, futbolçular 2-3 ildir bizimlədirlər. Bizdə bir məşqçi var idi. Həmin uşaqları da başqa komandaya aparan odur. Təəssüf ki, futbolumuzda belə mənfi hallar var. AFFA ilə görüşəndə də fikrimi bildirəcəyəm. Şəffaf işləyən klubları belə işlərlə məşğul olan məşqçilər incitməsinlər.
Bəli, bizim klubda məşqlər ödənişli olub. Amma biz turnirlər təşkil edirik, böyük meydançalar götürürük ki, uşaqlar inkişaf etsinlər. Bunların hamısının xərcini biz çəkirik. Heç kimdən bir qəpik almamışıq. Biz uşaqları səfərlərə sosiska-çörəklə aparmamışıq, soyuq və isti qəlyanaltısına qədər təşkil etmişik. Yəni bunları da qiymətləndirmək lazımdır. Xırda ödənişlərlə bu işlər görülə bilməz. İndi də başqa məşqçinin təşəbbüsü ilə komandadan getmək, klubu, digər uşaqları pis vəziyyətə qoymaq nə dərəcədə düzgündür?"
A.Bəkirov qeyd edib ki, əslində sözügedən futbolçuların sayı doqquz yox, yeddidir. “Çünki artıq ikisini biz buraxmışıq. Əgər digər klublarda daha yaxşı inkişaf edə bilərlərsə, getsinlər. Bizim futbolçular Respublika çempionatında iştirak edirlər. Şükürlər olsun ki, bizim klubda ab-hava da yaxşıdır. Özüm hər şeyə nəzarət edirəm. Sözügedən valideynlər bizə məktub yazıblar ki, uşaqları buraxın. Amma bizə heç birinin sənədi gəlməyib. Mən AFFA-da da bildirmişəm ki, hansı futbolçu qayıtsa, adları iştirak ərizəsinə salınacaq və çempionatda iştirak edəcək".
A.Bəkirov sonda onu da qeyd edib ki, sözügedən oyunçuların keçmək istədiyi “Fireland” klubundan onlara heç bir müraciət daxil olmayıb.
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı
Dünya çempionatlarının tarixinə düşdü
Belçika Misirlə heç-heçə etdi
İspaniya Kabo-Verde ilə bacarmadı - Video
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
"Kristal Pelas"da yeni baş məşqçi