Bakının “Sabah” futbol komandasının hücumçusu Pavol Şafranko ölkəsi Slovakiyanın sport.sk nəşrinə müsahibə verib.
QOL.az xəbər verir ki, 30 yaşlı futbolçu müsahibədə Azərbaycan futbolundan, buradakı həyatından, “Qarabağ”la rəqabətdən və s. məsələlər haqda danışıb.
- Karyeranız ərzində Slovakiya, Danimarka, Şotlandiya, Rumıniya, Cənubi Afrikada oynamısınız, indi isə Azərbaycandasınız. Yeni futbol mədəniyyətləri ilə tanış olmaq sizə xoşdurmu?
– Elə də deməzdim. Bəzən insan “əlindəki sərçə damdakı göyərçindən yaxşıdır” prinsipi ilə hərəkət edir. Mən həmişə variantları götür-qoy etmişəm. Əgər Şotlandiyada kimsə mənə desəydi ki, Cənubi Afrikaya gedəcəyəm, ona qətiyyən inanmazdım. Amma həyat elə gətirdi ki, iki il sonra Cənubi Afrikaya yollandım. Mən özümü kəşfiyyatçı və ya yeni mədəniyyətləri öyrənməyi sevən biri kimi görməmişəm.
Başa düşmək lazımdır ki, futbol təkcə Avropada oynanılmır və burada yalnız idman deyil, həm də maliyyə tərəfi var. Azərbaycanda həm avrokuboklarda oynamaq, həm də yaxşı qazanmaq imkanı əldə etdim. Hər şey ideal alınmır, qərarlar qəbul etmək lazım gəlir. Futbol taleyim məni Cənubi Afrikaya, indi isə Azərbaycana gətirdi.

- Artıq bir ildən çoxdur Bakıda çıxış edirsiniz: “Sabah”da 54 oyun keçirib, 18 qol vurmusunuz və 3 məhsuldar ötürmə vermisiniz. Üstəlik, komandanın kapitanısınız. Qafqaza gəlmək qərarını verəndə işlər necə başladı və seçimdən razısınızmı?
- Dəqiq deyə bilərəm ki, burada xoşbəxtəm. Rumıniyanın “Sepsi” klubunda müqaviləmin sonu idi, uzatma barədə anlaşa bilmədik. Mən ən azı ikiillik müqavilə istəyirdim, çünki yaşımı nəzərə alırdım, onlar isə yalnız birillik təklif etdilər. Biz də ayrıldıq. Yayda üç təklif aldım, onlardan biri “Sabah”dan idi. İlk gündən o vaxtkı baş məşqçi Krunoslav Renduliç və idman direktoru məni komandada görmək istədilər. Ailəmlə Misirə istirahətə getdik, qayıdandan sonra transfer baş tutdu. Mənim bütün şərtlərim yerinə yetirildi.
Məni həm də Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oynamaq cəlb etdi. Avrokubokların ab-havasını çox bəyənmişdim. Buna görə qərar vermək asan oldu.
- Ailəniz Bakıya necə uyğunlaşdı?
- Çox yaxşı. Burada həyat yoldaşım və qızımla yaşayıram, ailə üçün əla yerdir. Çoxlu parklar, uşaq bağçaları, gözəl və səliqəli küçələr var, həm də təhlükəsizdir. Ailə tez öyrəşdi, amma Slovakiya yeməkləri üçün darıxırıq. Biz artıq bir neçə ölkədə yaşamışıq, hər yerə uyğunlaşmağa çalışmışıq. Onsuz da xaricdə həyat əbədi deyil.
- Burada sizə ən çox nə çətinlik yaratdı?
- Yayda dəhşət isti olur, küçədə dayanmaq olmur. Bundan başqa, inanılmaz tıxaclar var, sürücülər də piyada keçidində çox vaxt yol vermirlər (gülür). Həm də bəzən komanda yoldaşlarımız namazı bitirməlidir, yalnız sonra isinməyə başlaya bilirik. Slovakiyada belə şeylər yoxdur.
- “Sabah” cəmi 8 il əvvəl yaranıb. Klubun infrastrukturu, oyunçular üçün şəraiti və stadion sizi qane edir?
- Çox razıyam. Bizim tam yeni, birinci dərəcəli məşq bazamız var. Fikrimcə, hətta TOP-5 Avropa liqasının klubları belə bu şəraitdən utanmazdılar. Stadion da yaxşı və rahatdır.
- Klubun ambisiyaları barədə nə deyə bilərsiniz?
- Onlar mümkün qədər yüksəlmək və tədricən burda dominantlıq edən “Qarabağ”ın əsas rəqibinə çevrilmək əzmindədir. “Sabah” onları taxtdan salmaq istəyir. Düşünürəm ki, klub inkişaf etməyə davam edəcək.
- Komandanızın heyətinin dəyəri təxminən 15 milyon avrodur ki, bu da liqanın bir sıra klublarından aşağıdır. Oyun keyfiyyətini necə dəyərləndirirsiniz?
- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında çıxış edir və Lissabonda “Benfika”nı (3:2) şoka saldı. Bu fakt göstərir ki, Azərbaycan futboluna böyük investisiyalar qoyulur. Ayrı-ayrı klublar keyfiyyətli oyunçular gətirmək üçün çox pul xərcləyir. Məncə, yaxın illərdə Azərbaycan komandalarını avrokubokların əsas mərhələlərində mütəmadi görəcəyik.

- “Sabah”ın “Qarabağ”a ciddi rəqib olmaq istədiyini qeyd etdiniz. Son Azərbaycan Kubokunun finalında məhz onları məğlub etdiniz və kapitan kimi kuboku qaldıraraq qol da vurdunuz. Bu sizin üçün nə demək idi?
- Bu, “Sabah” tarixində ilk kubok idi və həmin anın bir parçası olmaqdan çox xoşbəxt oldum, xüsusən də kapitan kimi. Afrikada 3, Rumıniyada 2 və burada 1 kubok qazanmışam. Mən bunu heç vaxt təbii qəbul etmirəm.
Fərdi statistika yaxşıdır, amma komanda kuboku daha önəmlidir. Üstəlik, bunu kapitan kimi, həm də legioner olaraq yaşamaq çox dəyərlidir. Bunun üçün minnətdaram.
- “Qarabağ”ın Lissabonda məşhur “Benfika”ya qalibiyyətini Azərbaycan necə qarşıladı?
- “Qarabağ” demək olar hər il avrokubokların əsas mərhələlərində oynayır. Burada onlara çox böyük dəstək var. Onlar həmişə Çempionlar Liqasına düşməyin bir addımlığında olublar, bu il isə bacardılar. Komanda uzun illərdir birlikdədir, eyni zamanda baş məşqçi də çoxdan dəyişməyib. Onlar eyni sistemi davam etdirir, yalnız müəyyən mövqelərə 1–2 oyunçu alırlar və onlara yaxşı maaş verirlər. Bu fəlsəfə onlara böyük uğur gətirir.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq