"Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, Bakı klubundakı vəziyyətindən danışan təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- 2017-ci ildən Azərbaycanda çıxış edirsiniz. Çempionatın səviyyəsi haqda nə deyə bilərsiniz?
- Çempionatın səviyyəsi birmənalı olaraq, Rusiya və Portuqaliyadan geri qalır. Amma elə də zəif deyil. Məsələn, biz hər Avroliqanın qrup mərhələsində, ötən mövsüm isə Çempionlar Liqasının qrupunda oynayan "Qarabağ"la rəqabət apaırırıq.
- Komandanız "Qarabağ"la birlikdə birinci-ikinci pilləni bölüşdürür. Başqa hansı komanda sizinlə rəqabət apara bilər?
- Düşünürəm ki, bu il əsas mübarizə "Qarabağ"la bizim aramızda gedir. Amma hər oyun bundan sonra da çətin olacaq.
- Sizə görə, Premyer Liqada 8 komanda kifayət qədər az deyil?
- Əlbəttə, 8 komanda azdır. Milli valyutanın dəyərini itirməsi ölkə futbolunda böhrana səbəb olub. Amma düşünürəm ki, yavaş-yavaş klubların sayı artacaq. Komandaların bölgələri təmsil etməsi vacibdir. Onlarsız stadionda azarkeş sayı çoxalmayacaq və istedadlar üzə çıxmayacaq.
- Yerli çempionatı Rusiya Premyer Liqası ilə müqayisə edə bilərsiniz? "Neftçi" və "Qarabağ" Rusiyada hansı yerlər uğrunda mübarizə apara bilər?
- Məncə, "Qarabağ"la "Neftçi" ikinci 8-likdə olar. Hər hansı oyunda Premyer Liqanın güclü komandasını uda bilərik. Amma ümumi götürsək, əlbəttə, Rusiya futbolu güclüdür. Orada pul çoxdur. Bu isə o deməkdir ki, legionerlərin ustalıq səviyyəsi daha yüksəkdir.
- "Neftçi"də çoxlu sayda legioner futbolçu var. Komanda yoldaşlarınızla ünsiyyətdə dil problemi yaşamırsınız?
- "Boavişta"da oynayanda portuqalca danışırdım. Ona görə də ispandilli futbolçuları hardasa başa düşürəm. Braziliyalı var idi, onunla ümumiyyətlə dil problemim olmurdu. Digər legionerlərlə ingilis dilində ünsiyyət saxlamaq olur, çoxu bu dili bilir. Ona görə də bu barədə problem yaşamıram.
- Statistikaya görə, siz bu mövsüm elə də çox oynamırsınız. Nə ilə bağlıdır?
- Bu mövsüm az oynamağımla bağlı fikir yanlışdır (gülür). Kapitanımız zədəli olduğu üçün mövsümün əvvəlindən kapitanlıq sarğısı ilə oynayıram.
- Rusiya Premyer Liqasında uzun müddət çıxış etmisiniz. Rusiya üçün darıxmırsınız?
- Qışa, soyuqlar düşənə və dörvərələrarası fasiləyə qədər hərdən darıxıram. Amma şaxtalı havada meydana çıxmadığım üçün çox xoşbəxtəm.
- "Boavişta"dan ayrıldıqdan sonra Rusiyaya qayıtmaq variantın var idi?
- "Boavişta" ilə müqaviləni transfer pəncərəsinin sonuncu günündə pozdum. Düşünmək üçün vaxt olmadı. "Neftçi" çoxdan mənimlə maraqlanırdı. Bu səbəbdən dərhal ora getməyi qərara aldım. Daha çox oyun təcrübəsi qazanmaq istəyirdim.
- Rusiyadakı keçmiş komanda yoldaşlarınızdan hansılarla əlaqə saxlayırsınız?
- Deyə bilmərəm ki, çoxu ilə danışıram. Hazırda yalnız Kazan "Rubin"ində oynayan İbrahim Çallaqovla vaxtaşırı yazışırıq. Digərləri ilə isə hərdən əlaqə saxlayıram.
- Səhv etmirəmsə, yaxın keçmişdə Azərbaycan klublarında böyük maliyyə problemi oldu. Bu məsələ indi nə yerdədir?
- Bəli, bayaq da dediyim kimi Azərbaycanda milli valyutanın dəyərini itirməsindən sonra futbolda böyük problemlər yaşandı. Komanda sayının, xüsusilə də region təmsilçilərinin azalması da məhz bununla bağlıdır.
- Yaxın gələcəkdə klubların sayının artması gözlənilirmi?
- Ümid edirəm ki, yerli futbol inkişaf edəcək. Amma infrastrukturu yaxşılaşdırmadan qlobal tərəqqidən danışmaq çətindir. Təəssüf ki, "Qəbələ"dən başqa akademiyasına regionlardan uşaq cəlb edən komanda yoxdur. Məncə, Azərbaycan futbolunun əsas problemi budur.
- Sizinlə söhbətdə Azərbaycan millisi ilə bağlı məsələyə toxunmaya bilmərəm. Avropa çempionatının seçmə mərhələsi haqda nə deyərdiniz?
- Aydındır ki, qrupumuz çox mürəkkəbdir. Amma düşünürəm ki, başqa komandalarla da düşsəydik, təəssüf ki, favorit olmayacaqdıq. Sadəcə, hər oyuna çıxıb. vuruşmaq, xal qazanmaq və turnir cədvəlində yuxarılara qalxmaq lazımdır. Başqa yol görmürəm.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi