Şeydayevə kubok oyununda da şans verilmədi

Şeydayevə kubok oyununda da şans verilmədi
GÜNDƏM 27 Sentyabr 2018 / 23:15 3317
-  A +

Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” səfərdə birinci divizion təmsilçisi “Tambov”la qarşılaşıb.

Şeydayevin adı matçın iştirak ərizəsinə salınsa da, baş məşqçisi ona şans verməyib.

Görüş “Krılya Sovetov”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Samara təmsilçisi adını 1/8 finala yazdırıb.

Daha çox


Son xəbərlər