"Sumqayıt" - "Qarabağ" oyununun yeri dəyişdirildi

"Sumqayıt" - "Qarabağ" oyununun yeri dəyişdirildi
GÜNDƏM 12 Sentyabr 2018 / 16:34 4989
-  A +

Topaz Premyer Liqanın IV turunda keçiriləcək "Sumqayıt” – "Qarabağ” oyununun yeri dəyişdirilib.

Qol.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün "Sumqayıt”la matçın təbii örütüklü "Azersun Arena”da keçirilməsini xahiş edib.

"Qarabağ”ın rəsmi müraciətini və "Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL "Sumqayıt” – "Qarabağ” oyunun 14 sentyabr 2018-ci il saat 20:00-da "Azersun Arena”da keçirilməsinə qərar verib. Bu qarşılaşmada meydan sahibi kimi "Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda isə "Sumqayıt” təsdiq edilib.

Daha çox


Son xəbərlər