"Səbail”in kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqanın 2-ci turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, komandasının ardıcıl 2 oyunda məğlub olmasının səbəblərini açıqlayan təcrübəli futbolçu milli komandamızın sentyabr ayında start götürəcək UEFA Millətlər Liqasındakı şanslarını da dəyərləndirib.
-2 oyunda 2 məğlubiyyət və buraxılan 5 qol. Komanda niyə belə zəif təsir bağışlayır?
- Biz də çempionata belə başlamaq istəməzdik. “Qəbələ”dən də ən azı xalla qayıtmaq niyyətində idik. İlk ev matçımızda yaxşı oyun göstərmək istəyirdik. İlk 2 turda çempionluğa iddialı komandalarla qarşılaşmışıq. Buna baxmayaraq, “Qarabağ”a qarşı pis oynamadıq. Ən azından uduzmamalıydıq. Qol imkanlarımız da oldu, istifadə edə bilmədik. “Qarabağ” elə komandadır ki, səhvləri bağışlamır. İkinci oyundur ki, eyni səhvlərdən uduzuruq. Futboldur, gələn oyunlara baxmalı və yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq.
- Çempionata 2 məğlubiyyətlə başlamısınız. Komandanın ümidi nəyədir?
- Komandaya elə futbolçular cəlb olunub ki, hədəf Avroliqa uğrunda oynamaqdır. Çempionluğa oynayan 2 komanda ilə görüşlərdə uduzmuşuq. Belə olmağını biz də istəməzdik. Növbəti turda vəziyyəti düzəltməyə çalışacağıq.
- “Səbail”ə yenicə transfer olsanız da, adınızdan yetərincə söz etdirmiş futbolçusunuz. Yeni komandanız da sizə böyük ümid bəsləyir. Əvvəlki formanızı qaytarmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Axır vaxtlar az oynayırdım. Belədə futbolçu formada ola bilməz. Çempionat yeni başlayıb. Heç kim deyə bilməz ki, ideal formadadır. İlk turlarda adətən belə olur. Oyundan-oyuna əvvəlki formama qayıtmağa çalışacağam.
- Topaz Premyer Liqanın 3-cü turundan sonra milli komandanın heyəti açıqlanacaq. Özünüzü həmin heyətdə görürsünüzmü?
- Bunu Qurban Qurbanovdan soruşsanız, yaxşıdır. Mən hazırda əlimdən gələni edirəm ki, həm “Səbail”ə kömək edim, həm də əvvəlki formama qayıdım.
- Sizcə, hazırda millidə oynamağa layiqsiniz?
- Deyə bilmərəm, bu dəqiqə ideal formadayam. Amma yenə də qərar baş məşqçidən asılıdır.
- Sentyabr ayında Millətlər Liqası başlayacaq. Kosovo və Malta ilə oyunlar barədə nə düşünürsünüz?
- Kosovonun oyunlarına baxmışam. Çox yaxşı komandadır. Ağır oyunlarımız olacaq. Hamı düşünür ki, Kosovo zəif rəqibdir, amma belə deyil.
- Bakıda heç olmasa bu komandadan 1 xal almaq olar?
- Evdə oynayacağıq. 1 xal yox, 3 xala da ümid var. Milliyə kimlər çağırılacaqsa, qələbə qazanmağımız üçün əllərindən gələni edəcəklər.
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi
Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu
ÇL-in oyunu bu kanallarda
Cəlal Hüseynov 90 dəqiqə oynadı
"Mançester Yunayted"ə 4 qol vurulan oyundan - Video
Təbriz klubu səfərdə qalib gəldi
Krivotsyuk Cənubi Koreyada qol vurdu
"Mançester Yunayted" darmadağın oldu
"Fənərbaxça" xal itirdi
"Qəbələ" 5 qollu oyunda belə qalib gəldi - Video
"İndiki nəticəni uğurlu hesab edirik" - Şahin Diniyev
"Çempionat azarkeşsiz maraqsızdır" - Kaxaber Sxadadze
"Real"a transfer olmaq başıma gələn ən yaxşı hadisədir"
"Qəbələ" "Səbail"ə qalib gəldi
Cavid İmamverdiyevdən het-trik - Video
Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
"Səbail" - "Qəbələ": Heyətlər
UEFA-dan Halil Umut Melerə növbəti təyinat
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
"Neftçi" 10 ildən sonra...