Çudomir Çakarov: «Məni «Qarabağ»a Qurban Qurbanov gətirib»

Çudomir Çakarov: «Məni «Qarabağ»a Qurban Qurbanov gətirib»
ÖLKƏ FUTBOLU 20 May 2010 / 18:38 3585
-  A +

Bu gün «Qarabağ» klubu ilə bir illik müqavilə imzalayan bolqarıstanlı Çudomir Çakarov bu komandaya gəlişində baş məşqçi Qurban Qurbanovun böyük əməyi olduğunu bildirib: «Məni bu komandaya Qurban Qurbanov gətirib». Qol.Az-ın müxbiri ilə söhbətində Ç.Çakarov Azərbaycanda «Bakı» klubunda çalışdığını, son təyinata qədər isə Bolqarıstanın «Lokomotiv» (Plovdiv) klubunda işlədiyini deyib. «Mən yenidən Azərbaycan futbolunda olmağımdan çox şadam. Bu təklif gələndə məmnuniyyətlə qəbul etdim. Mənə elə gəlir ki, bu klubda müəyyən uğurlara imza atmaqla Qurban Qurbanovun heç də əbəs yerə mənə güvənmədiyini sübut edəcəyəm. «Qarabağ»ın çox perspektivli oyunçuları olduğunu bilirəm .Hər hansı bir çatışmazlığı aradan qaldırmaq üçün müəyyən transferlər də olacaq».
 

Daha çox


Son xəbərlər