AFFA-nın baş katibindən siqaret qadağası ilə bağlı açıqlama – “Asan deyil”

AFFA-nın baş katibindən siqaret qadağası ilə bağlı açıqlama – <b style="color:red"> “Asan deyil”</b>
ÖLKƏ FUTBOLU 8 Yanvar 2018 / 16:10 2783
-  A +

“İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını biz də alqışlayırıq. Təbii ki, kütləvi idman tədbirlərində bu prosesə nəzarət etmək bir qədər çətindir. Hər bir şəxs həm qanun, həm də ətrafında olan şəxslər qarşısında məsuliyyətini dərk etməli, müvafiq qaydalardan kənara çıxmamalıdır”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. İctimai və qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanunla bağlı fikirlərini açıqlayan E.Məmmədov buna görə UEFA-dan öhdəlik aldıqlarını bildirib:

“Bakıda 2019-cu ildə Avropa Liqasının final oyunu, 2020-ci ildə Avropa çempionatının 4 qarşılaşması təşkil olunacaq. Həmin oyunlar zamanı stadionlarda siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb. Bununla əlaqədar, AFFA-nın təşkil edəcəyi oyunlar zamanı könüllülərin xidmətindən geniş istifadə olunacaq”.

Baş katib iritutumlu stadionlarda, azarkeşlərin çox olduğu yerlərdə məlum qadağanın tətbiqinə nəzarətin heç də asan olmadığını söyləyib: “Qeyd etdiyim kimi, 50-60 min azarkeşin iştirak etdiyi kütləvi tədbirlərdə bu prosesin tam olaraq nəzarətdə saxlanılması asan deyil. Burada təkcə qadağanın tətbiqinə nəzarətlə yanaşı, fərdi məsuliyyət də rol oynayır. AFFA stadionlarda siqaret çəkilməməsi ilə bağlı prosesə xeyli müddətdir start verib. Millinin oyunlarında, Bakıda təşkil olunmuş dünya və Avropa çempionatları qarşılaşmalarında bununla bağlı ilkin işlər görülüb. Prosesi yenə də davam etdirəcəyik”.

 

Daha çox


Son xəbərlər
20.09.18  16:56

Ramosdan antirekord