“Pedro Qarabağ”la oyunda çox güc sərf etmişdi” - Konte

“Pedro Qarabağ”la oyunda çox güc sərf etmişdi” - Konte
GÜNDƏM 18 Sentyabr 2017 / 10:30 4316
-  A +

"Oyunun ilk 20 dəqiqəsində üstün tərəf idik. Lakin birinci hissənin ortalarından etibarən çətinlik çəkməyə başladıq. İnsanlar unudurlar ki, “Arsenal” İngiltərənin ən güclü 6 komandasından biridir. Bilirdik ki, çətin oyun olacaq. Çünki onlar yaxşı komandadır və güclü futbolçulara sahibdirlər”.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal"la qolsuz bərabərə qaldıqları oyunda sonra deyib.
 
Konte futbolçusu Pedro Rodrigesi ikinci hissədə əvəzlənməsinin səbəbi haqda da danışıb: "Pedro 100 faiz hazır deyildi. Çünki Çempionlar Liqasında "Qarabağ"la oyunda çox güc sərf etmişdi. Bu səbəbdən də fasilədən sonra onu əvəzləmək qərarına gəldim. Həddən artıq yüklənmə onun əzələsində problem yaratdı. İndi həkim yoxlanışından keçməlidir. Ümid edirəm ki, zədəsi ciddi deyil”.

İtaliyalı mütəxəssis sözügedən qarşılaşmada 20 dəqiqə meydanda olan Eden Hazard barədə də fikirlərini bildirib:  "Çərşənbə günü "Nottinqem Forest"ə qarşı matçda o, start heyətdə meydana çıxacaq.  Ümid edirəm ki, bu oyundan sonra Eden tam hazır olacaq".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi