"Qarabağ"la oyunda yaxşı nəticə əldə etmək istəyirik" - David Luis

"Qarabağ"la oyunda yaxşı nəticə əldə etmək istəyirik" - David Luis
GÜNDƏM 12 Sentyabr 2017 / 16:30 3946
-  A +

"Qarabağ"la oyuna yüksək əhval-ruhiyyə ilə çıxıb, yaxşı nəticə əldə etmək istəyirik. Ötən mövsüm Premyer liqada çempion olduq və Çempionlar Liqasında bu uğurun davamını gətirməliyik.  Avropada oynamaq hər zaman yaxşıdır. Fərqli ölkələrdə, fərqli klublarla mübarizə aparırsınız. Bu turnirdə möhtəşəm futbolçular  və komandalar var".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu David Luis Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun öncəsi klubunda saytına deyib.

Braziliyanın müdafiəçi bu ayın onun üçün əla keçdiyini bildirib: "Bir neçə maraqlı oyuna çıxacağıq. Vaxtı gələndə,  futboldan gedəcəm və hazırda bu anların dadını çıxartmalıyam".

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi