Mourinyo onun əlini sıxmadı – Video

Mourinyo onun əlini sıxmadı – Video
GÜNDƏM 10 Sentyabr 2017 / 10:19 6666
-  A +

Premyer Liqanın 4-cü turunun dünən “Stok Siti”yə qarşı keçirilən oyunundan (2:2) sonra “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo həmkarı Mark Hyuzun əlini sıxmayıb.

Qol.az-ın xəbərinə görə, Mark Hyuzdan fərqli olaraq, Mourinyo onun köməkçiləri ilə görüşüb.

“MY” çalışdırıcısı bu hərəkəti isə “Stok Siti”nin 53 yaşlı uelsli baş məşqçisnin etirazına səbəb olub.
 
Oyundan sonra jurnalist biri bununla bağlı Mourinyoya sual ünvanlanyıb. Portuqaliyalı mütəxəssis deyib:

“Mən bu suala cavab vermək istəmirəm. Çünki bu, pis sualdır. Sanki bu məsələdə günahkar mənəm. Bağışlayın, amma sizin sualınız korrekt deyil. Mən axmaq şeyləq haqda danışmaq üçün artıq qocalmışam. Qoy bu barədə axmaqlar fikir söyləsin”. 

Məsələyə Mark Hyuzun özünün münasibəti isə belə olub:
 
“Oyun zamanı Mourinyo mənim texniki zonama daxil oldu. Bu zaman onu itələdim. Yəqin buna görə mənim əlimi sıxmadı. Yaxud da bəlkə ona görə buna etmədi ki, onun komandası xal itirdi”.


Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi