Topaz Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. “Neftçi” – “Qarabağ” oyununda (1:3) dörd, “İnter” – “Qəbələ” (1:2), “Zirə” – “Səbail” (2:1) və “Sumqayıt” – “Kəpəz” (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixinə nəzər salsaq, əvvəlki 25 mövsümdə yalnız 1 dəfə belə hadisə - ilk turda bütün komandaların qol vurması qeydə alınmışdı. Bu da 5 il öncə yaşanıb. 2012/13 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start vermişdi. “Neftçi” ilə “Bakı” arasında qarşılaşmanın təxirə salındığı I turda “Simurq” – “Qəbələ” (1:1), “Sumqayıt” – AZAL (2:2), “Kəpəz” – “Turan” (1:2), “İnter” – “Qarabağ” (1:1) və “Rəvan” – “Xəzər Lənkəran” (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmamışdı. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənmişdi – 1:1.
Deyvis "Real"la danışıq aparır
110 illik fasilədən sonra kuboku qazandılar
"Arsenal" Jorjinyo ilə müqaviləni uzatdı
"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident
"Turan Tovuz" azarkeşlərə müraciət etdi
"Şamaxı"dan qələbə, liderdən xal itkisi
"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı
2-ci liqanın oyunları eyni gündə, eyni saatda
Qvardiola, Klopp, Arteta...
"Uğurlarımı ailəm və müəllimimə borcluyam"
Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq
"Mançester Yunayted"dən onun üçün 70 milyon avro
Premyer Liqada mövsümün ən yaxşısı adına namizədlər
Benzia gələcək karyerası ilə bağlı hansı qərarı verib?
"Tottenhem" 7 futbolçusunu satır
Messinin salfeti hərraca çıxarıldı
"Bavariya"nın direktorundan sərt sözlər
"Kapitanımız Florentino Peresdir"
"Trabzonspor"un 4 cavabsız qolu - Video
Avrokubokun oyunları bu kanallarda
ÇL-də həftənin ən yaxşı futbolçusu kim olacaq?
"Hakim dedi ki, bağışla, səhv etdim"
Ançelottinin ÇL-dəki tarixi rekordu
Tuhel hakimləri ittiham etdi
“Qəbələ”nin yeniyetmə futbolçuları oyundan sonra döyülüblər
"Real"ı finala yüksəldən qələbə - Video
Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi
“Trabzonspor” darmadağınla finalda
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı