“Kəpəz” ev oyunlarını harda keçirəcək? – Qazax variantı da var

“Kəpəz” ev oyunlarını harda keçirəcək? –  Qazax variantı da var
ÖLKƏ FUTBOLU 9 Avqust 2017 / 16:06 4728
-  A +

Gəncə şəhər stadionunun meydançasında təmir işləri getdiyindən “Kəpəz”in Topaz Premyer Premyer Liqada yeni mövsümün ilk dövrədəki ev oyunlarını harada keçirəcəyi hələlik məlum deyil.

Qol.az saytı məsələ ilə bağlı klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.

Klub rəsmisi komandanın ev oyunlarının harada keçirilməsi ilə bağlı bir neçə variantın olduğunu deyib:  “İlk növbədə ev və səfər oyunlarının yerinin dəyişdirilməsi üçün klublara müraciət olunacaq. Rəqiblər razı olsa, bu dəyişiklik olacaq. Yəni “Kəpəz” ilk 7 oyunu səfərdə keçirəcək. Razılaşmasalar, Tovuz və Qazax variantından istifadə olunacaq. Bildiyimə görə, Qazax şəhər stadionunun durumu o qədər də yaxşı deyil. Ancaq Tovuzdakı stadion normaldır. Bununla bağlı qərarı PFL verəcək”.

M.Nərimanoğlu Gəncə şəhər stadionunun oktyabr ayında hazır olacağını deyib: “Artıq ikinci dövrədən “Kəpəz” ev oyunlarını öz stadionunda keçirəcək. İkinci dövrənin ilk turu səfər oyunu olacaq. İkinci turdakı görüş Gəncə şəhər stadionunda keçiriləcək”.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə