"Belə davam edə bilməz” – “Kopenhagen”in futbolçusu

"Belə davam edə bilməz” – “Kopenhagen”in futbolçusu
GÜNDƏM 8 Avqust 2017 / 11:50 6296
-  A +

“Azarkeşlər bizdən yaxşı oyun gözləyir. Avropada uğurlu çıxış etsək də, superliqada heç də hər şey yolunda getmir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kopenhagen”in futbolçusu Yussef Tuta bildirib.

Danimarka mətbuatına açıqlamasında 24 yaşlı yarımmüdafiəçi çempionatın son turunda “Brondbü”yə derbi matçındakı məğlubiyyəti şərh edərkən deyib ki, rəqib onlardan daha yaxşı oynayıb:

“Hər dəfə biz topu itirəndə onlar təhlükəli əks-hücumlar qururdular. Bizim matç boyu cəmi bir qol epizodumuz oldu. Məğlubiyyət bizi kədərləndirsə də, yaxşı bir dərs oldu. Belə davam edə bilməz. Biz səhvlərimizi düzəltməliyik. Çatışmazlığımız çoxdur”.

Xatırladaq ki, son çempion “Kopenhagen” 4 oyundan 5 xalla turnir cədvəlində 9-cu yeri tutur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi