"Fasilədə söz verdik ki..." - Ozobiç

"Fasilədə söz verdik ki..." -  Ozobiç
GÜNDƏM 14 İyul 2017 / 01:22 4612
-  A +

“Qələbə qolunu vurmaq üçün hər iki komandanın şansı var idi. Cütün taleyi hələ bəlli deyil. Hər şey ikinci oyunda bəlli olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda “Yagelloniya” ilə keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

İlk hissədəki oyunlarından razı qalmadğını bildirən xorvatiyalı yarımmüdafiəçi rəqibin keçiləsi komanda olduğunu əlavə edib: “Fasilədə danışdıq, söz verdik ki, çıxıb daha yaxşı oynayaq. İkinci hissə başlayan kimi də qol vurduq.

Əlbəttə, bu rəqibi keçə bilərik. İkinci oyuna daha yaxşı hazıraşacağıq. Mərhələni keçmək istəyirik. Şanslar bərabərdir".

Ozobiç yeni transferlər haqda da danışıb: “Hamısı yaxşı oyunçulardır. Sadəcə, ilk matçlarına çıxırdılar. İkinci oyunda daha yaxşı olacaqlarını düşünürəm”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi