"Qarabağ" "Qəbələ"dən daha güclüdür - "Samtredia"nın kapitanı

"Qarabağ" "Qəbələ"dən daha güclüdür -  "Samtredia"nın kapitanı
GÜNDƏM 19 İyun 2017 / 15:52 5811
-  A +

“Qarabağ” bizim üçün çox çətin komandadır. Fikrimcə, “Samtredia” üçün mərhələ keçmək qəliz olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a rəqib düşən “Samtredia”nın kapitanı Giorgi Datunaşvili Sport24.az-a açıqlamasında deyib.

O, Ağdam klubunun son illərdə əla nəticələr qazandığını söyləyib: “Avropa Liqasının qrup mərhələsində oynamaları onlara təcrübə qazandırıb. Bir sözlə, işimiz çox çətindir. Mərhələ keçmək ehtimalımıza gəlincə, bu barədə indidən nəsə deyə bilmərəm. Çox çətin qarşılaşmalar olacaq. Futbolda bütün nəticələr mümkündür. “Qarabağ”ı məğlub edə də bilərik, uduza da bilərik”.

32 yaşlı yarımmüdafiəçi ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşdıqları oyunları da xatırlayıb: “Ötən mövsüm “Qəbələ” ilə oynayıb, uduzmuşduq. Bu mövsüm Azərbaycanın ən güclü komandası ilə qarşılaşacağıq. Daha da çətin olacaq. Cütün favoriti “Qarabağ”dır. Bu, sözsüz belədir. Amma ümidimizi üzmürük. "Qarabağ" "Qəbələ"dən daha güclü komandadır”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi