Azərbaycan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarında növbəti medallarını qazanıb.
Qol.az-ın məlumatına görə, turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə Uzur Juzupbekovla (Qırğızıstan) qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin çempionu olub.
80 kq çəkidəki idmançımız Rafiq Hüseynov isə finalda Yusef Qaderianaya (İran) uduzaraq gümüş medalla kifayətlənib.