Azərbaycan - Almaniya oyununda anşlaq

Azərbaycan - Almaniya oyununda anşlaq
GÜNDƏM 24 Mart 2017 / 12:54 7383
-  A +

DÇ-2018-nın seçmə mərhələsi çərçivəsində martın 26-ı keçiriləcək Azərbaycan - Almaniya oyununda anşlaq gözlənilir.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oyuna cəmi 3 min bilet qalıb.

Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzi, Park Bulvar Ticarət Mərkəzi, Bakcell Sahil Müştəri Xidmətləri, Bakcell Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və onlayn www.tickets.affa.az saytından əldə etmək olar.

Əlavə edək ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunu 31 minə yaxın tamaşaçı tutumuna malikdir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi