Azərbaycan - Almaniya oyununun hakimləri bəlli oldu

Azərbaycan - Almaniya oyununun hakimləri bəlli oldu
ÖLKƏ FUTBOLU 21 Mart 2017 / 17:00 4869
-  A +

Millimizin DÇ-2018-in  seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı italiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.

Xatırladaq ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə