Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”

Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”
GÜNDƏM 26 Fevral 2017 / 13:35 22778
-  A +

“Analarımız, qardaşlarımız, bacılarımız bizim xoşbəxtliyimiz üçün canlarından keçiblər. Həqiqətən bu gün çox ağır gündü. Biz hazırda heç nə edə bilmərik. Ən azı onları yad etmək üçün bura gəlmişik. Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbr versin. Məncə, çox danışılacaq bir gün də deyil".  

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ən baş məşqçisi Qurban Qurbanov bu gün Xocalı soyqırımının 25-ci illiyi ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanızı ziyarət etdikdən sonra jurnalistlərə deyib.

O, “Cəbhə bölgəsində son günlər baş verən hadisələri nəzərə alaraq "Qarabağ"ın komanda şəklində döyüş bölgəsinə səfəri mümkündü” sualına belə cavab verib:

“Mən dəfələrlə demişəm ki, biz hər zaman əsgərlərimizin yanındayıq. Qarşımıza belə bir məqsəd qoymuşuq ki, hərəmiz öhdəmizə düşən vəzifəni yerinə yetirək. Onlar hamımızdan ağır işin altındadır. Biz onların yanında nadir hallarda ola bilərik. Amma bizim onlara dəstəyimiz ölkə xaricindəki uğurlarımız ola bilər. Əgər Müdafiə Nazırliyi razılıq versə, əsgərlərimizin yanına getməyə hazırıq və yəqin ki, bunu edəcəyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi