"Qələbəyə layiq idik" - Rəşad Sadiqov

"Qələbəyə layiq idik" -  Rəşad Sadiqov
MÜSAHİBƏ 3 Oktyabr 2016 / 00:00 3347
-  A +

''Qəbələ''nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqanın 7-ci turunda ''Qarabağ'' ilə matçdan (2:0) sonra Qol.az-ın suallarını cavablandırıb.


- “Qarabağ” üzərində qələbə qazandınız...
- Əvvəldən oyunun gərgin keçəcəyini bilirdik. Çünki, son 3 ilin çempionuna qarşı oynayırdıq. Amma oyuna yaxşı başladıq və ard-arda qollar vurduq. Qələbəyə layiq idik.

- Oyunun ilk hissəsi “Qəbələ”nin açıq-aşkar üstünlüyü ilə keçdi və 2 qol vurdunuz. Bu, “Qarabağ”ın zəifliyindən irəli gəlir, yoxsa “Qəbələ”nin gücündən?
- Yox, “Qarabağ”ın zəif olduğunu deməzdim. Çünki, onlar da bizim kimi Avroliqa oyununda iştirak etmişdilər. Bilinirdi ki, yorğundurlar. Baş məşqçimiz onları çox yaxşı təhlil etmişdi və bizə rəqibi irəlidə”sıxmağ”ı demişdi. Biz də elə etdik və bu da öz bəhrəsini verdi.

- Bu gedişlə “Qəbələ”nin çempion ola bilərmi?
- Biz bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, bunu reallaşdıraq. Komandamızın builki hədəfi çempionluqdur.

- Qarşıdan Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə görüşünüz gəlir. Bu barədə nə deyə bilərsən?
- Açığı, hələ bu haqda danışmaq istəmirəm, çünki bu barədə oyuna bir həftə qalmış fikirləşəcəyik. Baxmayaraq ki, çətin olacaq, amma çalışacağıq qələbə qazanıb azarkeşlərimizi sevindirək.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi