Millimizin ev oyunlarını yayımlayacaq kanal məlum oldu

Millimizin ev oyunlarını  yayımlayacaq kanal məlum oldu
XƏBƏR 30 Sentyabr 2016 / 15:51 5825
-  A +

Milli komandamızın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarının çəkilişlərini "CBC Sport" telekanalı həyata keçirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə kanalın rəsmi saytına açıqlamasında "CBC Sport"un baş direktoru Volkan Üst məlumat verib:

"Artıq UEFA ilə bu barədə razılıq əldə etmişik. Milli komandamızın Bakıda keçirəcəyi oyunların çəkilişini CBC Sport reallaşdıracaq. Kameralar, yayımın rejissorları və lazım olan digər avadınlıq bizim kanaldan olacaq. Oyunlar isə İctimai Televiziya ilə yayımlanacaq. "CBC Sport" qısa müddət ərzində beynəlxalq yarışlar, müxtəlif turnirləri tamaşaçılara təqdim edib və UEFA bu məsuliyyətli işi bizə tapşırdı".

Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner