Azərbaycanlı hakim Tottini cəzalandırdı

Azərbaycanlı hakim Tottini cəzalandırdı
XƏBƏR 30 Sentyabr 2016 / 01:01 4273
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, “Roma” öz meydanında Rumıniya “Astra”sını qəbul edib. Meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşan görüşü FIFA referimiz Əliyar Ağayev idarə edib.

90 dəqiqə ərzində azərbaycanlı hakim 3 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. “Roma”nın heyətində yalnız Françesko Totti həmyerlimizin qəzəbinə tuş gəlib. Əliyar Ağayev 30-cu dəqiqədə “Roma”nın kapitanına sarı vərəqə göstərib.

Son xəbərlər
topaz banner