"Rahat oynamağa imkan vermirdilər" - Rəşad Sadiqov

"Rahat oynamağa imkan vermirdilər" -  Rəşad Sadiqov
XƏBƏR 30 Sentyabr 2016 / 00:00 3071
-  A +

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ" - "Maynts" oyunundan (2:3) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

O, ilk növbədə məğlubiyyəti şərh edib:

"Oyunun gedişi zamanı hesabda irəli çıxdıq, lakin üstünlüyümüzü qoruya bilmədik. Fikrimcə, gücümüz çatmadı. Rəqib Bundesliqa komandasıdır”.

- Qələbə qazanmaq üçün nə çatışmadı?
- Yenə deyirəm, fiziki cəhətdən gücümüz çatmırdı. Get-gedə güc öz sözünü dedi və məğlub olduq.

- Rəşad Sadıqov bildirmişdi ki, Çexiya komandalarından zəhləm gedir. "Qəbələ” də ikinci ildi alman klubları ilə üz-üzə qalır. Sənin onlardan zəhlən getmir?
- Yox, bu, məndə heç bir komandaya nifrət yaratmayıb. Sadəcə, almanlara qarşı oynamaq çox ağırdı. Çünki, onlar "alman maşın”larıdı və bir dəqiqə də dayanmırlar. Gördüyünüz kimi, 90-cı dəqiqədə də hücuma “uçurdular” hücuma.

- Bu gün meydanda həmişəkindən fərqli Rəşad Sadiqov gördük...
- Rəqib imkan vermirdi oynamağa. Bu səbəbdən zəif çıxış edirdik. Top saxlamağa imkan vermirdilər. Topu alırdıq, o zaman qarşımızda 1-2 nəfər peydə olurdu.  Rahat oynamağa imkan vermirdilər.

- Bu gün 90 dəqiqə oynamağa hazır olmadığınız görünürdü...
- Bunu siz belə görə bilərsiniz. Baş məşqçimiz fərqli düşünür.

- "Qəbələ” niyə stadionlaru doldura bilmir?
- Açığı, bu sualı mən cavablandıra bilmərəm. Bu sualı başqa adamlara versəniz, daha yaxşı olar. Bu gün çox gözəl atmosfer var idi stadiomda. Azarkeşlər sağ olsun ki, oyuna gəlib dəstək oldular.

- Dediyiniz atmosferi də almanlar yaratmışdı...
- 100 nəfərlə amosfer olmur ki...

- "Maynts” 1 xal götürə biləcəyiniz rəqiblərdən biri idi, amma...
- Hər üç rəqibdən xal götürə bilərdik. Bəllidi ki, rəqiblərimiz güc baxımından bizdən üstündür. Hər üç klubu eyni gücdə dəyərləndirərdim. Əlbəttə, biz hər bir komandadan xal götürmək istəyirik.

- "Qəbələ”nin qrupdan çıxmaq üçün şansları var?
- Çətindir, çox çətindir. Ancaq ümidlər sonda ölür.

- Bu qrupu ötən il düşdüyünüz qrupla necə müqayisə edə bilərsiniz?
- Keçən ilki rəqiblərimiz güclü idi. Bu ilki rəqiblərimiz isə eyni səviyyədədi. Demək olar ki, rəqilərimiz ötən ilki rəqibimiz "Krasnodar”la eyni gücdədirlər. 

- Tez-tez top itkilərinə yol verirdin. Bu, nə ilə əlaqədar idi? Meydanın sürüşkən olması, yoxsa digər səbəbdən?
- Əvvəl oynamaq olurdu. Lakin sonra yağış yağdı daha da sürüşkən oldu. Bundan əlavə, rəqib də imkan vermidi oynamağa.

Məftun MAHİROĞLU

Son xəbərlər
topaz banner