"Bizi çətin oyun gözləyirdi. “Qəbələ” əks hücumda yaxşı oynayan komandadır. İlk hissədə rəqib fərqlənə bilərdi. İkinci hissənin sonlarında isə biz yaxşı oynayıb qələbə qolunu vura bildik. Fasilədə komandama “Qəbələ”nin hücuma keçəcəyini demişdim. Belə də oldu. Qapımıza penalti təyin olundu, daha sonra müdafiə səhvindən qol buraxdıq. Sonra isə dəyişikliklər etdim bu da özünü doğrultdu. Hesabda geri düşmüşdük. Son vaxtlar belə oyunlarımız olur. Daha sakit oynamalıyıq.Ümumi götürdükdə layiqli qələbə qazandıq. Bu Avroliqada ilk qələbəmiz idi. Özü də səfər qələbəsi. Dekabrda “Qəbələ”ni Almaniyada gözləyirik. Düzdür bir az soyuq olacaq, amma düşünürəm ki, orada da belə maraqlı oyun keçəcək".
Qol.az-ın məlumatına görə, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
-Hesabda geri düşəndə nə düşünürdüz?
-Qollar iki fərdi səhvdən sonra qapımıza vuruldu. Psixoloji olaraq komanda yaxşı vəziyyətdədir. Futbolçularım hesabda geri düşdükdən sonra da mübarizə apardılar.
- Bu gün meydanda analiz etdiyiniz “Qəbələ”ni gördünüz, yoxsa fərqli komanda var idi?
-“Qəbələ”ni yaxşı təhlil etmişdik. Rəqib yaxşı müdafiə olunan və sürətli hücuma keçən komandadır.Xüsusilə, belə vəziyyətlərdə Dabodan istifadə edirlər. Gözlədiyimizin əksinə olaraq “Qəbələ” ilk dəqiqələrdə sürətli hücumlarla bizə çətinliklər yaratdı.
-Fərqli heyətlə çıxmışdız? Futbolçular etimadınızı doğrultdu?
-Qolları vuran futbolçuları ehtiyyatda saxlamağımızın səbəbi son bundesliqa matçında oynamaları idi. Ona görə onları ikinci hissədə meydana buraxdım.
-Dabonu fərqləndirdiz. Maraqlıdır bu futbolçuya nə qədər qiymət verərdiz?
- Biz videotəhlil zamanı Dabonu yaxşı izləmişdik. Mərkəz hücumçusu olaraq hər zaman müdafiə üçün çətin anlar yaşadır. O ki qaldı onun transfer qiymətinə bu sualı idman direktorumuzdan soruşsaz yaxşı olar.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi