“Qarabağ”la oyunda iki xal itirdik” – Milan Baroş

“Qarabağ”la oyunda iki xal itirdik” –  Milan Baroş
XƏBƏR 29 Sentyabr 2016 / 13:55 3733
-  A +

“Qrup mərhələsində hər bir xalın əhəmiyyəti böyükdür. Ancaq öz meydanımızda bizi təkcə qələbə qane edir”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çexiyanın “Slovan” klubunun futbolçusu Milan Baroş Avropa Liqasının qrup mərhələsində PAOK-la keçiriləcək oyun haqda danışarkən deyib.

Rəqib haqda fikirlərini bildirən 35 yaşlı hücumçu ilk turda Bakıda “Qarabağ”la qarşılaşdıqları oyunu (2:2)  da xatırlayıb:

“PAOK-un oyun tərzi fərqlidir. Əsasən hava toplarında təhlükəlidirlər. Biz isə yalnız qələbəyə köklənmişik. “Qarabağ”la oyunda iki xal itirdik. Bu dəfə daha diqqətli olmalıyıq. Qələbə qazanmaq üçün yaxşı şansımız var”.

Qeyd edək ki, bu gün keçiriləcək “Slovan” – PAOK oyunu saat 21:00-da başlayacaq.

Son xəbərlər
topaz banner