Arsen Venger: "İngiltərə millisi?"

Arsen Venger: "İngiltərə millisi?"
XƏBƏR 29 Sentyabr 2016 / 13:31 3012
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger İngiltərə millisini çalışdıracağı haqda iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, mövsümün sonuna kimi London klubunda işləcəyini deyib:

"İngiltərə millisi? İngiltərə Futbol Federasiyasının mənə marağına görə sevinirəm. Ancaq mənim üçün prioritet məsələ "Arsenal"dakı işimdir. Bu mövsümün sonuna qədər yüz faiz hazırkı iş yerimdə qalacağam".

Qeyd edək ki, "Arsenal"ın A.Vengerə iki illik yeni müqavilə təklif edəcəyi iddia olunur.


Son xəbərlər
topaz banner