“Çempion olmaq üçün hər oyunda qalib gəlməliyik. Mövsümə uğurla start vermişik. Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır”.
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin üzvü Teo Uiks Topaz Premyer Liqanın 6-cı turunda “Zirə” ilə oyundan (2:0) sonra deyib.
Afrikalı futbolçu komandasının ilk 6 turda qapısını toxunulmaz saxlamasına belə münasibət bildirib:
“Bizə qol vura bilmirlərsə, deməli, müdafiə xəttimiz güclüdür. Arxa xətdə komandamız sıx, inamlı çıxış edir. Bu da rəqiblərin işini çətinləşdirir. “Qəbələ”yə qol vurmaq çətindir”.
Uiks Topaz Premyer Liqasının növbəti turunda “Qarabağ”a qarş keçirəcəkləri görüşdən də söz açıb:
“Qarabağ” yüksək səviyyəli, çox yaxşı komandadır. Həmin matçda müdafiədə diqqətli olmalıyıq. Əks halda qapımızda qol görə bilərik. “Qarabağ”ın oyununa bələdəm”.
Avroliqanın qrup mərhələsində “Qəbələ” II turda “Maynts”ı qəbul edəcək. Cəza səbəbindən Uiks həmin matçda forma geyməyəcək:
“Çox üzgünəm. Komandam oynayacaq, mən isə tribunadan baxacağam. Meydana çıxmaq istəyirəm. "Anderlext"lə görüşə televiziyadan baxdım. Ürəyim komandanın yanında idi”.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi