Cavidin məhkəməsi yenə təxirə salındı

Cavidin məhkəməsi yenə təxirə salındı
XƏBƏR 9 Sentyabr 2016 / 12:54 2237
-  A +

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
APA-nın məlumatına görə, Cavid Hüseynovun vəkili Adəm Məmmədov məhkəməyə teleqram vuraraq gələ bilməyəcəyini bildirib. Buna görə proses qeyri-müəyyən vaxta təxirə salınıb
 
Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum olunub.

Daha çox


Son xəbərlər
topaz banner