"İkinci dövrəyə hazırlığımıza bu gün start veririk. Bakıda olacağımız bir həftə ərzində futbolçuların fiziki hazırlığına diqqət yetirəcəyik. Hər gün tədricən olmaqla məşqləri ağırlaşdıracağıq ki, Antalyada əlavə problemlər yaşamayaq». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» klubunun baş məşqçisi Coko Hacıyevski klubun bu gün başlayan məşqindən əvvəl bildirib. O, Türkiyədə əsasən taktiki cəhətdən futbolçuların hazırlanması üzərində işləyəcəklərini söyləyib: «Keçirəcəyimiz yoldaşlıq oyunlarında heyətimizə bir daha nəzər yetirmək şansımız olacaq. Rəqiblərimiz çox gücü komandalardır. İnanıram ki, Türkiyə toplanışı komandama böyük xeyir verəcək».
C.Hacıyevski heyətdə dəyişikliklərin çox olmamasını yaxşı hal kimi qiymətləndirib: «Bu heyəti dəyişməməklə biz birinci dövrədən daha yaxşı çıxış edəcəyik. İndi heyət tam formalaşıb. Artıq uyğunlaşma problemlərimiz yoxdur. Mövsümün əvvəlində əziyyət çəkdiyimiz bu problemlə qarşılaşmayacağıq. Bununla da təsadüfi xal itkilərini önləyəcəyik. Mahmud Qurbanov kimi təcrübəli bir futbolçunu da heyətimizə qatmışıq. Biz ikinci dövrədə ilk yerlərdən biri üçün mübarizə aparacağıq. Bunu hamınız yaxşı bilirsiniz. Klub rəhbərliyi bizlər üçün əlindən gələni edir. "Bakı" üçün yaradılan şərait Azərbaycanın heç bir klubunda yoxdur. Hər şeyi pul həll etmir. Bizim kollektivdəki müsbət əhval-ruhiyyə hər şeydən qiymətlidir. Klub rəhbərliyi ilə görüşüm zamanı tezliklə yeni məşq meydançasının hazır olacağını dedilər. Gələn il öz stadionumuza köçəcəyik. Bütün bunlar bizim rəhbərliyin fəaliyyətini göstərir".
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi