Qurban Qurbanov rəqibini qabaqlayacaq

Qurban Qurbanov rəqibini qabaqlayacaq
XƏBƏR 23 Avqust 2016 / 21:37 4403
-  A +

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək  "Qarabağ" - "Göteborq" (İsveç) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Qol.az-ın “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə,  Ağdam klubunun baş məşqçisi  Qurban Qurbanov  avqustun 24-də "Azərsun Arena"nın mətbuat zalında saat 18:00-da media mənsublarının önünə çıxacaq.

“Qarabağ”ın son məşqi isə saat 18:30-da klubun Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Göteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İsveç təmsilçisinin baş məşqçisi isə son məşqdən sonra, saat 21:00-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, avqustun 25-də keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da başlayacaq.

Son xəbərlər
topaz banner