"Sevilya"nın hücumçusu "Latsio"ya keçdi

"Sevilya"nın hücumçusu "Latsio"ya keçdi
XƏBƏR 27 İyul 2016 / 18:13 5542
-  A +

"Sevilya"nın hücumçusu Çiro İmmobilenin yeni komandası müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, italiyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

26 yaşlı futbolçu yeni mövsümdən "Latsio"da oynayacaq. İtaliya klubu bu transfer üçün "Sevilya"ya 9 milyon avro ödəyəcək. İmmobile "Latsio"da ilinə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, ötən mövsümün ilk yarısını "Sevilya"da oynayan İmmobile qışda "Torino"ya icarəyə verilib.

Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

topaz banner