"İnanmıram ki, 8 komandalı çempionatımızda hanısısa yüksəliş olsun. Məncə, getdikcə daha pis olacaq"
Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynovun Qol.az saytına müsahibəsi
- “Qarabağ” bu gün Çempionlar Liqasınını III təsnifat mərhələsində “Viktoriya” ilə ilk oyununa çıxacaq. Komandamızın səfər qarşılaşması haqda fikirlərinizi bilmək istərdik.
- Həmişə komandalarımızın qrup mərhələsində oynamasını istəmişik. “Qarabağ”a inanırıq. Bugünkü oyunda da komandamızın yaxşı nəticə qazanacağına inanıram. Bərabərlik qeydə alınacağını gözləyirəm.
- Yəqin qollu bərabərliyi nəzərdə tutursunuz.
- Bəlli, məhsuldar heç-heçə olcağını düşünürəm. İnanıram ki, “Qarabağ” səfərdə qol vuracaq. Belə olsa, təmsilçimizin mərhələ adlaması üçün yaxşı fürsət yaranacaq.
- “Qarabağ” 2014-cü ildə yoxlama oyununda bu rəqibə 3:1 hesabı ilə qalib gəlməyi bacarıb.
- Bəli, həmin oyunun videosuna baxmışam. Həmişə yoldaşlıq görüşləri bir qədər aldadıcı olur. Ancaq düşünürəm ki, “Qarabağ” “Viktoriya”ya qalib gəlmək gücündədir.
- “Qarabağ”ın indiyədək avrokuboklarda qarşılaşdığı güclü rəqiblərlə “Viktoriya”nı necə müqayisə etmək olar?
- “Viktoriya” Çempionlar Liqasının qrup mərhələsində oynayan bir komanda olub. Asan rəqib olmadığı aydın məsələdir. Ancaq “Viktroiya”nı “Qarabağ”ın əvvəlki rəqibləri ilə müqayisə etməyə çəkinlik çəkirəm. Əsas odur ki, “Qarabağ” ilk oyunda yaxşı nəticə qazansın. Bundan sonra Qurban Qurbanov da rəqibi düzgün analiz edəcək. Bildiyimə görə, “Viktoriya”nın heyətində milli komandalarda çıxış edən 6 futbolçu var. Üçü Çexiya, üçü isə Slovakiya millisinin oyunçusudur. “Qarabağ”da da sürətli futbolçular var. Komanda oyunu üzərinə götürən Almeyda kimi futbolçuya sahibdir. Həqiqətən də Almeyda “Qarabağ” üçün böyük işlər görür. İnanıram ki, Reynaldo da hücumda faydalı olacaq, öz qolu ilə bizi sevindirəcək.
- İki gündən sonra “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsində səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşacaq. Komandamızın “Lill”ə mübarizəsindən nə gözləyirsiniz?
- “Qəbələ”yə də uğurlar arzulayıram. Amma bu komandamız üçün çətin olacaq. “Lill” hazırda Fransa liqasında çıxış edir. Bunu yaddan çıxarmaq olmaz. “Lill” Franda liqası kimi bir çempionatı ön sıralarda başa vurubsa, deməli, çox güclü komandadır. Buna görə də “Qarabağ”la müqayisədə “Qəbələ”yə çətin olacaq.

- “Neftçi”nin Avropa Liqasında uğurusuz çıxışı haqda nə deyə bilərsiniz?
- “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm. Bu komanda haqda heç nə danışmaq istəmirəm.
- Bu gün Premyer Liqamızda yeni mövsümün püşkü atıldı. Səkkiz komandalı çempionatdan nə gözləmək olar?
- Nə gözləyə bilərik ki? Səkkiz komandadırsa, deməli, zəif çempionat olacaq. Futbolumuz getdikcə geriləyir. Yəqin gələn il 6, sonra 4 komanda qalacaq. Əvvəllər bütün legionerlər pula görə Azərbaycana axışırdı. İndi isə pul yoxdu. Pul olmayan yerdə isə çempionat zəifləməlidir. Gələn il bir qədər də zəifləyəcək.
- Ancaq deyəsən, pulun azalması yerli futbolçuların ölkə xaricinə yolunu açır.
- Bəli, bircə xeyirli olan odur ki, yerli futbolçularımız xaricə üz tutacaq. Bu, çox yaxşı haldır. Bunun milli komandamıza böyük xeyri ola bilər. Ancaq inanmıram ki, 8 komandalı milli çempionatımızda hanısısa yüksəliş olsun. Məncə, getdikcə daha pis olacaq. Demək olar ki, rəqabət olmayacaq. Kim var ki, rəqabətdə olsun? Təbii ki, rəqabət olmayan çempionatda güclü komanda saxlamaq çətindir. Buna görə də gələn il avrokuboklarda klublarımız zəif çıxış edəcək. Yəqin ki, AFFA bundan bir nəticə çıxacaq.
- “Xəzər Lənkəran”sız çempionat necə olacaq?
- “Xəzər Lənkəran” yoxdur. Olmayan komandadan necə danışaq?
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video